NATO-nun Mobil Təlim Qrupu Azərbaycan hərbçiləri üçün təlim kursu keçəcək

NATO-nun Mobil Təlim Qrupu Azərbaycan hərbçiləri üçün təlim kursu keçəcək
# 30 may 2012 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan hərbçiləri üçün təlim kursu keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim kursu “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları» mövzusunda olacaq.

Bakıda keçiriləcək təlim iyunun 11-də başlayacaq və 4 gün davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR