Azərbaycan paytaxtında oğul atasını qətlə yetirib

Azərbaycan paytaxtında oğul atasını qətlə yetirib
# 11 aprel 2012 06:57 (UTC +04:00)
Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə rayonun Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/23 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1986-cı il təvəllüdlü İlkin Məmmədov atası, 1957-ci il təvəllüdlü Rafiq Məmmədovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən İ.Məmmədov saxlanılıb.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR