İçərisində 700 ton qızıl külçə olan Rusiya gəmisi Oxot dənizində yoxa çıxıb

İçərisində 700 ton qızıl külçə olan Rusiya gəmisi Oxot dənizində yoxa çıxıb
# 30 oktyabr 2012 09:35 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Oxot dənizində Rusiyanın yük gəmisi yoxa çıxıb. APA-nın Rusiya bürosunun məlumatına görə, 9 nəfər heyəti ilə dənizdə yoxa çıxan “Amurskaya” yük gəmisində 700 ton qızıl külçə olduğu açıqlanıb.

Dünəndən etibarən gəmi ilə bağlantı tam kəsilib. Oxot dənizində fırtınanın olması axtarışları daha da çətinləşdirib. Gəmidə olan qızılın 250 mln. ABŞ dolları dəyərində olduğu bildirilib.

Rusiya Uzaq Şərq Nəqliyyat Departamentindən verilən açıqlamada “Amurskaya” gəmisinin Kiran limanından Oxot limanına hərəkət etdiyi bildirilib. Bir müddət sonra gəmi ilə əlaqə kəsilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR