Yevlaxda 2 nəfərin ölümü, 5 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib

Yevlaxda 2 nəfərin ölümü, 5 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib
# 03 noyabr 2012 19:12 (UTC +04:00)
APA-nın məlumatına görə hadisə bu gün axşam saatlarında Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində qeydə alınıb. Məlumata görə Tərtər rayon sakini 1981-ci il təvəllüdlü Əliyev Elməddin Qədir oğlunun idarə etdiyi 30-BC-920 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Beyləqan sakini 1990-cı il təvəllüdlü Əliyev Etibar Şükür oğlunun idarə etdiyi 10-KZ-642 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü Elməddin Əliyev və sərnişin 1950-ci il təvəllüdlü Əliyeva Qənirə Bəylər qızı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 42 yaşlı Natiq Quliyev, 34 yaşlı Elnarə Quliyeva, 80 yaşlı Həqiqət Quliyeva, 10 yaşlı Nahid Quluzadə və 12 yaşlı Namiq Quluzadə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısı bir ailə üzvləridir.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR