Panama bayrağı altında üzən “M/V Fellow” gəmisinin azərbaycanlı dənizçiləri Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına müraciət ediblər

Panama bayrağı altında üzən “M/V Fellow” gəmisinin azərbaycanlı dənizçiləri Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına müraciət ediblər
# 04 fevral 2012 10:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İçərisində 5 Azərbaycan və 4 Türkiyə vətəndaşı olan “M/V Fellow” adlı, Panama bayrağı altında üzən gəmi Ukraynanın Mariupol limanına buraxılmayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gəminin hərəkətinə İTF ( INTERNATIONAL TRANSPORT WORKERS FEDERATION – Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası) qadağa qoyub. Belə ki, gəmidəki 5 Azərbaycan vətəndaşı maaşlarını ala bilməməsi ilə əlaqədar İTF-ə müraciət edib. İTF də qeyd olunan qadağanı tətbiq edib.

Bu arada, gəminin mart ayına qədər Ukraynanın Mariupol limanına yaxınlaşa bilməyəcəyi dəqiqləşib. Şaxtalı hava şəraiti ilə əlaqədar liman rəhbərliyi gəminin mart ayına qədər limana yaxınlaşa bilməyəcəyini bildirib.

Türkiyə vətəndaşları “Denizhaber” portalına müsahibə verərkən Vətənə dönmək istədiklərini bildirib: “Biz gəminin sahibinə də, gəmini kirayəyə götürmüş şirkətə də Türkiyəyə dönmək istədiyimizi bildirsək də, hələ də gözləmək məcburiyyətindəyik”.

Onlar 5 Azərbaycan vətəndaşının maaşlarını almadan gəmini tərk etməyəcəyini bəyan etdiklərini də bildirib. Hazırda azərbaycanlılara İTF tərəfindən yemək pulu verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR