Azərbaycan Dövlət Neft Şirkəti ilk avrobond emissiyasının yerləşdirilməsini başa çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti ilk avrobond emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 06 fevral 2012 07:39 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, avrobondların yerləşdirilməsi investorlar arasında yüksək marağa səbəb olub və nəticədə, 290 investor tərəfindən verilən sifarişlərin ümumi həcmi 4,6 mlrd. ABŞ dolları təşkil edib.

Avrobondların buraxılışının ümumi məbləği 500 mln. dollar, gəlirlik illik 5,45% səviyyəsində müəyyən edilib. Avrobondların ödənilməsi müddəti 2017-ci ilə qədərdir. Avrobondlar ABŞ-nın Qiymətli Kağızlar haqqında Aktın «Regulation S» hissəsinə əsaslanaraq buraxılıb.

«Citigroup», «Deutsche Bank» və «Royal Bank of Scotland» bankları avrobond emissiyası üzrə birgə əsas idarəçilər qismində, «Nomura» və «Societe Generale Corporate & Investment Banking» bankları isə birgə idarəçilər qismində çıxış edib.

Avrobondlar İngiltərə (46%), Avropa (38%), ABŞ-ın offşor (12%) və Asiya (4%) investorları arasında yerləşdirilib. Yerləşdirmə nəticəsində Avrobondların 63%-i fond idarəçiləri, 16%-i banklar, 11%-i sığorta şirkətləri və pensiya fondları, 10%-i isə hedc fondları tərəfindən alınıb.

Qeyd edək ki, avrobondlara «Fitch» reytinq agentliyi tərəfindən «BBB-», «Moody’s» agentliyi tərəfindən isə «Ba1» reytinqi təyin edilib. ARDNŞ-in korporativ uzunmüddətli reytinqi «Fitch» tərəfindən «BBB-» (sabit proqnoz), «Standard & Poor’s» agentliyi tərəfindən «BB+» (sabit proqnoz) və «Moody’s» agentliyi tərəfindən «Ba1» (sabit proqnoz) kimi qiymətləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR