DİN-in şöbə rəisi: “Azərbaycanda “qanuni oğru”ların fəaliyyəti üçün heç bir zəmin yoxdur”

DİN-in şöbə rəisi: “Azərbaycanda “qanuni oğru”ların fəaliyyəti üçün heç bir zəmin yoxdur”
# 08 fevral 2012 17:54 (UTC +04:00)
Belə bir vəziyyətdə həbsxana daxilində qayda-qanun yaratmaq və məhbuslar üzərində nəzarəti daha da gücləndirmək məqsədi ilə “qanuni oğru” sistemi hüquq-mühafizə orqanları tərəfindən planlı şəkildə düşünülmüş və təşkil olunmuşdu. Harada ki, “qanuni oğru” var idi, orada bütün cinayətkarlar məhz onun diqtəsi ilə hərəkət edirdilər. “Obşak”lar isə “qanuni oğru”ların özləri tərəfindən yaradılmışdı. Məqsəd cinayət yolu ilə əldə olunmuş vəsaitin həm öz aralarında bölüşdürülməsi, həm də bu vəsaitdən həbsxana rəhbərliyinə rüşvət verilməsi idi”. Bunu APA-ya açıqlamasında DİN-in Baş Cinayət-Axtarış İdarəsinin şöbə rəisi, polis polkovniki Qabil Rzayev deyib.

O, bu açıqlamanı bəzi mətbuat orqanlarında Azərbaycanın cəzaçəkmə müəssisələrində “qanunda oğru”ların olmamasının qeyri-normal hal kimi qələmə verməsinə, “Lotu”ların həbsxanalardakı özbaşınalıqların qarşısının alınmasında müsbət rol oynadığı barədə iddialara cavab verərkən deyib.

Q. Rzayev bildirib ki, Azərbaycanda bu cür hallara qarşı daim mübarizə aparılıb: “ Lakin Sovet imperiyasının sonuna yaxın Azərbaycanda da hakimiyyət boşluğu yaranmışdı. Bu boşluqdan istifadə edən cinayətkar aləm fəallaşmış və öz “oğru qanunları”nı diqtə etməyə başlamışdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə sistemində də əsaslı dəyişikliklər baş verdi. 1994-cü ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmandan sonra bu sahədə əsaslı dönüş yarandı.

Bu gün ölkəmizdə hüquq-mühafizə orqanlarının birgə və səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, cəzaçəkmə müəssisələrində aparılan islahatlar, yenidənqurma işləri “qanuni oğru” məfhumunun mahiyyətini tamamilə yox edir.

Hazırda “qanuni oğru”lar postsovet məkanındakı bir çox dövlətlərdə fəaliyyət göstərsələr də, Azərbaycanda bunun üçün heç bir zəmin yoxdur.
Həbsxanalarda “lotu”ların olmasının “vacib olduğunu” bildirənlərin özlərinin də etiraf etdikləri kimi, “bizdə “lotu”lara əl-qol açmaq imkanı vermir, “Obşak”ların yaranmasının qarşısını alırlar”.


Q. Rzayev deyib ki, Azərbaycanda cinayətkarlığa qarşı sistemli və uğurlu mübarizə aparılır, hüquq-mühafizə orqanlarında, o cümlədən Penitensiar sistemdə beynəlxalq standartlara uyğun əsaslı islahatlar həyata keçirilir, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu sahəyə nəzarəti getdikcə güclənir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR