Koreya səfiri: “Azərbaycanla Koreya arasında ticarət dövriyyəsinin həcmi 2005-ci ilə nisbətən 15 dəfə artıb”

Koreya səfiri: “Azərbaycanla Koreya arasında ticarət dövriyyəsinin həcmi 2005-ci ilə nisbətən 15 dəfə artıb”
# 13 fevral 2012 08:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Bu il Azərbaycanla Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olur. Ölkələrimiz 1992-ci ildə diplomatik münasibətlər qurduqdan sonra dostluq əlaqələrinin uğurla möhkəmləndirirlər”. Bu fikirləri Koreya Respublikasının Azərbaycandakı səfiri Li Dji Xa APA-ya müsahibəsində deyib.

İki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini deyən səfir siyasət, iqtisadiyyat, mədəniyyət, idman və təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: “2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi cəmi 42 milyon dollar təşkil edib. Lakin təkcə ötən ilin yanvar-noyabr aylarında bu rəqəm artıq 621 milyon dollara çatıb ki, bu da 2005-ci ilki dövriyyənin həcmindən 15 dəfə artıqdır. Koreya şirkətlərin 2008-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa başlayıblar və ötən ilin sonuna kimi bu sərmayənin miqdarı 147 milyon dollara çatıb. Bundan başqa 2010-cu ilin oktyabrında Koreya hökuməti Azərbaycanın əməkdaşlığı inkişaf etdirəcəyi 26 əsas tərəfdaş siyahısına daxil edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR