Sumqayıt sakinindən silah-sursat götürülüb
17 fevral 2012 14:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıt sakinindən xeyli sayda silah-sursat götürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini 30 yaşlı Zöhrab Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Z. Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024
DYP Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
18:31
22 may 2024
Bakıda evdən 125 min mantlıq inşaat materialları oğurlanıb
18:26
22 may 2024
İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənilib
18:13
22 may 2024