Dunya Miyatoviç: “Zaman” qəzetinin Paris və Kölndəki redaksiyalarına hücum söz azadlığının pozulmasıdır”

Dunya Miyatoviç: “Zaman” qəzetinin Paris və Kölndəki redaksiyalarına hücum söz azadlığının pozulmasıdır”
# 18 fevral 2012 10:23 (UTC +04:00)
APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, D.Miyatoviç qeyd edib ki, “Zaman” qəzetinin Paris və Kölndəki redaksiyalarına hücum təkcə qorxu yaratmır, həm də jurnalistləri susmağa məcbur edir ki, bu da birbaşa söz azadlığının pozulmasıdır.

“Düşünürəm ki, günahkarlar yaxın vaxtlarda cəzalandırılacaq” - deyə D.Miyatoviç qeyd edib.

Qeyd edək ki, fevralın 15-də silahlanmış maskalı cinayətkarlar “Zaman” qəzetinin Paris şəhərindəki redaksiyasına basqın edərək əməkdaşları hədələyib. Elə həmin gün qəzetin Kölndəki redaksiyasına bomba atılıb. Zərərçəkənlər barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR