Gənc Tamaşaçılar Teatrında “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası keçirilib – FOTO

Gənc Tamaşaçılar Teatrında “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası keçirilib – <font color=red>FOTO </font>
# 20 fevral 2012 09:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Fevralın 18-19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərlərindən səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapıb. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, rejissor assistenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdi, ədəbi məsləhətçisi Rafiq Rəhimlidir.

Rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Nübar Novruzova, Kübra Dadaşova, aktyorlar Nuriyyə Əliyeva, Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Elşən Çarhanlı, Eşqin Quliyev, Şəbnəm Hüseynova, Anar Seyfullayev, İradə Rəşidova, Roza İbadova, Xanna Əliyeva, Günay Zeynallı, Fidan Abbasova, Aytac Nəzərova, Xalidə Əliməmədova, Natiq Fərzəliyev və başqaları ifa edirlər.

Qeyd edək ki, yazıçı Elçinin "Dolça" povesti əsasında 1985-ci ildə “Bağ mövsümü” (rejissor Tofiq Tağızadə), “Toyuğun diri qalması” əsəri əsasında isə 1989-cu ildə “Sahilsiz gecə” filmi (Şahmar Ələkbərov) lentə alınıb. İlk tamaşada müəllif, xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR