Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlara 100 min ABŞ dolları ziyan vuran şəxs həbs edilib

Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlara 100 min ABŞ dolları ziyan vuran şəxs həbs edilib
# 02 mart 2012 08:51 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Allahyar Əliyev tutularaq istintaqa təhvil verilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, təqsirləndirilən A. Əliyev bir qrup şəxslə əlbir olaraq vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı dələduzluq əməlləri törədib. Onlar bu yolla ümumilikdə 100 min ABŞ dollarına yaxın pul mənimsəyiblər. Sözügedən dəstənin bir neçə üzvü artıq tutulub.

Hazırda istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR