Yazıçı Çingiz Abdullayevin Ukrayna prezidenti Viktor Yanukoviç haqqında yazdığı “Əfsanəyə çevrilmə haqqı” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Yazıçı Çingiz Abdullayevin Ukrayna prezidenti Viktor Yanukoviç haqqında yazdığı “Əfsanəyə çevrilmə haqqı” kitabının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 mart 2012 10:18 (UTC +04:00)
APA-nın məlumatına görə, kitabın redaktoru Qulu Ağsəs nəşrin müəllifi, o cümlədən kitabın Azərbaycan və Ukrayna dillərinə tərcümə edilməsində əməyi olan Burzu Əliyevin fəaliyyəti haqqında danışıb.
Q. Ağsəs kitabın Ukrayna dilinə tərcümə olunan nəşrinin də təqdimatının olacağını söyləyib: “Bu kitab ukraynalılara Ukrayna həqiqətlərini göstərir”.

Kitabın Azərbaycan dilinə tərcümə edən İlqar Fəhmi detektiv janrın xarakteri və Ç. Abdullayevin fərqli yanaşma müəllifi olduğunu da deyib: “Əsərdə müəllif Qərbin ikili standartlarını açıq şəkildə göstərməyə nail olub. Əlbəttə, əsərdə adlarda dəyişiklik olsa da, məlumatlı oxucu söhbətin kimlərdən getdiyindən hali ola bilər”.

Milli Məclisin deputatı Aqil Abbas xarici ölkələrdə Ç. Abdullayevin əsərlərinin kütləvi oxunmasına qürurla yanaşdığını bildirib: “Hər bir yaxşı yazıya təbrik düşür”.

Milli Məclisin deputatı, jurnalist Sahib Alıyev kitabın Azərbaycan və Ukrayna dillərinə tərcüməsində xüsusi rolu olan, Ukraynada yaşayan azərbaycanlı Burzu Əliyevin fəaliyyətinin təqdirəlayiq olduğunu deyib. S. Alıyev qeyd edib ki, başqa dillərə tərcümə olunan istənilən Azərbaycan ədəbiyyat nümunəsi alqışlanmalıdır: “Çingiz Abdullayev yazıçı kimi Azərbaycana ən çox xidmət etmiş adamlardan biridir”.

Vesti.az” saytının əməkdaşı Bəhram Batıyev isə çıxışında müəllifin yaradıcılığı və oxucu rəğbəti haqqında danışıb.

Kitabın müəllifi Çingiz Abdullayev isə çıxışında deyib ki, dünyada 600 kitabı 20 milyondan artıq tirajla nəşr olunub: “Bu kitablar 28 dilə tərcümə edilib. Fikrimcə, əsərin hansı dildə yazılması əsas deyil, kitabdakı süjet xəttinin maraqlı olması vacibdir. Amma əsərlərin xarici dillərə nəşr olunması vacibdir. Bu barədə həmişə gənc yazıçılara məsləhətlərimi verirəm. Yəni yazıçı dünyanın tələbatını nəzərə almalıdır”.
Ç. Abdullayev bu məsələdə Çingiz Aytmatovun yaradıcılığından misal çəkib: “Bu yazıçı öz kəndi haqqında elə yazıb ki, bu gün də bütün dünya həmin əsərləri oxuyur. Gənclərə bunu demək istəyirəm ki, bu məqama diqqət yetirsinlər”.

Ç. Abdullayev əsərin ərsəyə gəlməsi haqqında da danışıb: “Viktor Yanukoviçin həyatı haqqında məlumat alanda, mənə çox maraqlı gəldi. Fəxr edirəm ki, azərbaycanlı yazıçı Ukrayna prezidenti haqqında əsərin müəllifidir”.

Qeyd edək ki, nəşrin təqdimatı “APA Group”a daxil olan “Vesti.az” saytının təşəbbüsü ilə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR