Azərbaycanın Qazax rayonunda yeməkxanada gənclər arasında silahlı insident olub, bir nəfər güllələnib - YENİLƏNİB

Azərbaycanın Qazax rayonunda yeməkxanada gənclər arasında silahlı insident olub, bir nəfər güllələnib - <font color=red>YENİLƏNİB</font>
# 06 mart 2012 07:29 (UTC +04:00)
Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə ötən gecə rayon ərazisində yerləşən yeməkxanalardan birində qeydə alınıb. Yeməkxanada bir neçə gənc arasında düşən davada odlu silahdan istifadə edilib. Nəticədə bir nəfər, rayon sakini, 26 yaşlı Fariz Osmanov güllələnib. O, aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir nəfər, 26 yaşlı Tural Nəsibova isə küt alətlə ağır bədən xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, artıq hadisə iştirakçılarından iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan biri Ukrayna vətəndaşı, 1981-ci il təvəllüdlü Svyotodux Anastasiya Nikolayevnadır. Hazırda onların ifadəsi alınır. İlkin ehtimala görə, hadisəni ukraynalı qız törədib.

Faktla bağlı Qazax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR