Hadı Rəcəbli: “Rəsmi nikah sənədi olmadan kəbin kəsən mollanı oğurluq edən adama bənzədirəm”

Hadı Rəcəbli: “Rəsmi nikah sənədi olmadan kəbin kəsən mollanı oğurluq edən adama bənzədirəm”
# 19 mart 2012 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə MM-in Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli, deputatlar Ceyhun Osmanlı, Musa Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, Azərbaycanın müxtəlif məktəblərindən olan 30-dək uşaq, bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Hadı Rəcəbli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul olunduğunu, hər zaman uşaqları dinləməyi hazır olduqlarını bildirib.

Tədbirdə “İrəli” İctimai Birliyi və “Save the Children” təşkilatının birlikdə ölkənin 10 müxtəlif regionunda apardığı sorğu və onların nəticələri barədə danışılıb. Sorğuda iştirak edən uşaqların 38 faizi peşə seçiminlə müstəqil qərar verə bilmədiklərini söyləyib. Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 83 faizi kitabları məktəblərdən əldə edir, yerdə qalanlar isə özləri alır.
Sorğu iştirakçılarının 39 faizi yaşıdlarının orta məktəb təhsillə erkən vidalaşdığını bildirib. Məktəbdən vaxtından qabaq ayrılanların 69 faizinin qızlar olduğu bildirilib, bu isə erkən nikahla əlaqələndirilib.
Tədbirdə iştirak edən uşaqlar erkən nikahların qarşısının alınması istiqamətində məsələ qaldırıblar. Onlar bildirib ki, rəsmi nikah sənədi alınmadan dini nikaha icazə verilməməlidir.
Hadı Rəcəbli isə deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, rəsmi nikah sənədi alınmadan dini nikah kəsilməməlidir. H. Rəcəbli bu qaydanı pozan mollaların olduğunu da əlavə edib: “Bu qaydanı pozan mollanı oğurluq edən adama bənzədirəm”.

H. Rəcəbli uşaqların qaldırdığı digər məsələlərə də münasibət bildirib.

Tədbirdə iştirak edən digər şəxslər də mövzu ətrafında fikirlərini açıqlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR