Azərbaycanın Balakən rayonunda bir uşaq anası özünü öldürüb

Azərbaycanın Balakən rayonunda bir uşaq anası özünü öldürüb
# 22 mart 2012 06:26 (UTC +04:00)
Bu barədə APA-nın yerli bürosuna Balakən Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə martın 21-də rayonun Gərəkli kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Rəsmiyə Həsən qızı Həsənova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.

Onun meyiti ailəsi tərəfindən aşkarlanıb. R. Həsənovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR