Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə Novruz bayramı qeyd olunub - FOTOSESSİYA

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə Novruz bayramı qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 26 mart 2012 07:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Sidneydə Türk Dayanışma Dərnəyində (Turkish House) Novruz bayramı münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə Azərbaycan və türk diasporlarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr və Avstraliya hakimiyyət orqanlarının rəsmi şəxsləri qatılıblar.

Tədbirin rəsmi hissəsində iştirakçılara Novruz bayramının tarixi barədə məlumat verilib. Bu bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyi, habelə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bahar bayramı dünyanın müxtəlif yerində yaşayan türkdilli xalqlar tərəfindən qeyd edilir.

Sonra iştirakçılara Azərbaycan musiqisi və milli mətbəxindən nümunələr təqdim olunub.

Tədbirdə digər türkdilli xalqların nümayəndələri – türkmənlər, uyğurlar, qırğızlar da iştirak edib, milli rəqslərlə çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR