Rusiyanın bir sıra iri şəhərlərində kommunistlər etiraz aksiyaları keçiriblər

Rusiyanın bir sıra iri şəhərlərində kommunistlər etiraz aksiyaları keçiriblər
# 07 aprel 2012 16:22 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Moskvada və bir sıra digər iri şəhərlərində Rusiya Federasiyası Kommunist Partiyası etiraz aksiyaları keçirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Moskvadakı mitinqdə 1500 nəfər iştirak edib. Aksiyaçılar hökumətdən siyasi islahatların keçirilməsini və Rusiya MSK-nın başçısı Seygey Çurovun istefasını tələb ediblər. Mitinqçilər Ulyanovskda NATO-nun tranzit mərkəzinin təşkil olunmasına da qarşı çıxış ediblər.
Kommunist partiyası Nijniy Novqorod, Maqadan, Penza, Novosibirsk və digər şəhərlərdə piket və nümayişlər keçirib.
Aksiyalarda hər hansı insidentin baş verməsi barədə xəbər verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR