Bakıda «İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir» mövzusunda seminar keçirilib

Bakıda «İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir» mövzusunda seminar keçirilib
# 13 aprel 2012 15:03 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı Biznes Universitetində «İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 250-yə yaxın müəllim və tələbəsi iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb və bildirilib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Bu il də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, 2012-ci ilin yanvar-mart aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 18 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 6 adda 900 yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda məruzə ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR