Hindistanlı nazir: “Bir çox sahələrdə Azərbaycana öz töhfələrimizi verə bilərik”

Hindistanlı nazir: “Bir çox sahələrdə Azərbaycana öz töhfələrimizi verə bilərik”
# 16 aprel 2012 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Hindistan bir çox sahələrdə uğurla əməkdaşlıq edir. “APA-Economics”in xəbərinə görə, bunu Hindistanın ticarət və sənaye üzrə dövlət naziri, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının həmsədri Ciotiraditya Şindiya bildirib.

Onun sözlərinə görə, bəzi sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək mümkündür. Nazir buna misal olaraq təhsil, gübrə, neft-qaz sahələrinin adını çəkib.

“Əczaçılıq sahəsində də Azərbaycanla əməkdaşlıq edə bilərik. Hind əczaçılıq sahəsində həm baha olmayan, həm də keyfiyyətli preparatlar istehsal edir. Bundan başqa, informasiya texnologiyaları sahəsində də Azərbaycana öz töhfələrimizi verə bilərik” - deyə Ciotiraditya Şindiya qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR