Almaniyanın Zigen Universitetinin professoru Azərbaycan Memarlıq və İnşaat Universitetində görüşlər keçirib - FOTO

Almaniyanın Zigen Universitetinin professoru Azərbaycan Memarlıq və İnşaat Universitetində görüşlər keçirib -  <font color=red>FOTO</font>
# 20 aprel 2012 14:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi çərçivəsində Almaniyanın Zigen Universitetinin professoru Gerd Förxun Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni görüşlər keçirib. AzMİU-dən APA-ya verilən məlumata görə, layihənin əsas istiqamətlərindən biri təhsil müəssisələrində hazırlanan kadr potensialının gücləndirilməsidir. Layihə çərçivəsində “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin II kurs tələbələrinə “Ekoloji monitorinq”, “Qrunt sularının mühafizəsi və istehsalatda dövri su sistemləri” mövzularında treninqlər keçirilib. Bu treninqlər ətraf mühitin, havanın, torpağın və suyun monitorinqi, su ehtiyatları, içməli su problemləri, insan sağlamlığı, yeyinti məhsullarının iqtisadi parametrləri, qrunt sularının mühafizə tədbirləri, çirklənmə səbəbləri, yaratdığı problemlər, onların aradan qaldırılması, dövri su sistemlərinin tətbiqi ilə suların mühafizəsi və onların ekoloji iqtisadi aspektləri kimi məsələləri əhatə edir. Teninqlərin keçirilməsində Naxçıvan Dövlət Universitetinin tələbələri də distant təhsil metodu ilə dinləyici kimi iştirak ediblər.

Layihə çərçivəsində “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsində tədris potensialının gücləndirilməsi və su mühəndisliyi tədris planının modelləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətini artırmaq və onu tədricən Qərb aparıcı universitetləri standartlarına çatdırmaq üçün yeni təkliflər hazırlanıb. Bu il universitetin akademik potensialını artırmaq üçün bu işləri davam etdirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində AzMİU-nun “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsində bərk tullantıların təkrar emalı texnologiyası üzrə magistratura tədris planının hazırlanması planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR