Azərbaycan paytaxtında 4 ulduzlu yeni otelin açılışı olub - YENİLƏNİB-FOTO

Azərbaycan paytaxtında 4 ulduzlu yeni otelin açılışı olub - <font color=red>YENİLƏNİB-FOTO</font>
# 17 may 2012 09:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, açılışda çıxış edən “Gilan Holding”in prezidenti Cəmil Muradov bildirib ki, bu otel “Qafqaz” hotelləri qrupuna mühüm bir əlavədir. Burada turistlər üçün mühüm xidmətlər təklif edilir.

Сəmil Muradov bildirib ki, “turizm ili” elan edilmiş 2011-ci ildə “Gilan Holdinq” Qəbələ rayonunda “Qafqaz Sport Hotel”, Bakıda isə “Kempinski Badamdar” otellərini istifadəyə verib: “Bütövlükdə isə hazırda “Gilan Holdinq”-in tərkibində Qəbələ rayonunda üç beş ulduzlu – Qafqaz Resort, Qafqaz Riverside, Qafqaz Sport otelləri, iki 3 ulduzlu – Qəbələ və Gilan otelləri, Yengicə sanatoriyası, Bakıda 3 dörd ulduzlu – Qafqaz Point, Qafqaz Park, Qafqaz Citi otelləri, bir beş ulduzlu – Kempinski Otel Badamdar, Lənkəranda isə bir dörd ulduzlu – Qafqaz Sahil otel fəaliyyət göstərir. Bu mehmanxanalarda dünyada müəyyən edilmiş normalara uyğun, yüksək keyfiyyətli xidmətlər göstərilir”.

C. Muradov bildirib ki, açılışı keçirilən Qafqaz Baku Citi Oteldə 9 rezidensiya, 76 suit, 60 iki yataqlı və 179 standart otaq, 1 Kral dairəsi və həmçinin restoranlar, barlar, fitnes mərkəzi , konfrans zalları və ticarət obyektləri fəaliyyət göstərir.

Bakının Tbilisi prospektində yerləşən otel yeni dizaynda hazırlanıb. Otel Heydər Əliyev Hava Limanından 30 kilometr məsafədə yerləşir.

C. Muradov deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafına yaradılmış şərait nəticəsində “Gilan” da ölkə iqtisadiyyatının daha da gücləndirilməsində yaxından iştirak edəcək, sənaye obyektləri ilə birlikdə, yeni otel və turizm obyektlərinin açılmasına çalışacaq.

Hotelin rəhbəri Peters Sulzinbaxer tədbirdə çıxış edib. “Gilan Holding”in Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışan P. Sulzinbaxer otelin gələcək planlarını açıqlayıb. Onun sözlərinə görə, bu gün açılan otel hələlik layihənin birinci mərhələsidir. İkinci mərhələdə oteldə 500 nəfərlik konfrans zalı, daha iri SPA və Sağlamlıq Mərkəzinin açılışı nəzərdə tutulub.

Otelin fəaliyyətə başlaması ilə 120 yeni iş yeri açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR