Azərbaycan «İcbari sığortalar haqqında» qanuna dəyişikliklər edəcək

Azərbaycan «İcbari sığortalar haqqında» qanuna dəyişikliklər edəcək
# 04 iyul 2012 11:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, müvafiq dəyişikliklərin edilməsi ilə bağlı artıq İSB tərəfindən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə təkliflər təqdim edilib. Təkliflərdə «Əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı üzrə mülki məsuliyyətin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» növləri üzrə sığorta polislərinin informasiya sistemi üzrə əldə edilməsinin təşkili ilə bağlı məsələlər əksini tapıb. Təkliflərdə həmçinin İSB-nin informasiya sisteminin dövlət orqanlarına inteqrasiyası məsələləri də əks olunub. Artıq Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi ilə bununla bağlı danışıqlar aparılır.

E.Quliyev bildirib ki, «İcbari sığortalar haqqında» qanuna ediləcək əlavə və dəyişikliklərin 2013-cü il ərzində təsdiqlənəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR