Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər
# 28 avqust 2012 07:50 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün saat 09.30 radələrindən Ağdam rayonunun işğal altında olan ərazilərində güclü partlayış səsləri eşidilir. Düşmən rayonun işğal olunmuş Uzundərə və Şahbulaq dağı ərazisində irimiqyaslı təlimləri davam etdirir. Məşğələ-manevr xarakterli təlimlərdə ağır artilleriya, zirehli texnika və motoatıcı silahlardan istifadə olunur.

Qeyd edək ki, Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında bir neçə gün əvvəl də hərbi təlimlər keçirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR