Bakıdan İrana xeyli miqdarda pul əsginasının qanunsuz keçirilməsinin qarşısı alınıb

Bakıdan İrana xeyli miqdarda pul əsginasının qanunsuz keçirilməsinin qarşısı alınıb
# 29 avqust 2012 10:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıdan İrana xeyli miqdarda pul əsginasının qanunsuz keçirilməsinin qarşısı alınıb. APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda yoxlanılarkən monitorda pul əsginaslarına bənzər təsvirlər görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları R.D.Hosseinin çamadanına baxış keçirən zaman çamadandan hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əsginası aşkar edilib.

Halbuki adıçəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməyib, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmamasi barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirib.

Faktla bağlı izahatında isə R.D.Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini bildirib. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR