KXCP-dəki “Demokratik Birlik” fraksiyasının iclası keçirilib

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının iclası keçirilib
# 19 oktyabr 2012 08:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının iclası keçirilib.

Fraksiyanın həmtəsisçisi, KXCP Salyan rayon təşkilatının sədri Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, yığıncaqda fraksiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsi ciddi şəkildə müzakirə olunub.

İclasda fraksiyanın əsasnaməsinin, o cümlədən hüquqi-normativ sənədlərinin hazırlanmasına dair qərar qəbul olunub. İclasda bu sənədlərin hazırlanması həmtəsisçilər Ədalət Yusubov və Qaya Əliyevə tapşırılıb.

Yığıncaqda həmçinin KXCP sədrinin keçmiş müavini, fraksiyanın həmtəsisçisi Fikrət Cəfərovun partiyadan çıxarılmasından sonra fraksiya adından yayılan bəyanat müzakirə olunub. İclasda bununla bağlı fikir ayrılığı yaranıb. Bəzi fraksiya üzvləri bəyanatın həmtəsisçilərlə razılaşdırılmadan verilməsi, o cümlədən mətnlə bağlı iradlarını bildirsələr də, digərlərinin bu məsələyə olan mövqeyi fərqli olub. Müzakirələrdə hər kəsin bəyanata olan müstəsna münasibət hüququ tanınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR