Azərbaycan tarixinə aid ilk mənbələr Almaniyadan gətiriləcək

Azərbaycan tarixinə aid ilk mənbələr Almaniyadan gətiriləcək
# 23 oktyabr 2012 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyada Azərbaycan tarixinə aid ilk mənbələr öyrəniləcək və ölkəyə gətiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan APA-ya verilən xəbərə görə, Tarix İnstitutu ilə Almaniyanın elmi tədqiqat müəssisələri və arxivləri arasında elmi əməkdaşlıq daha da genişləndirilib. Əməkdaşlıq çərçivəsində alman dilində Azərbaycan tarixinə aid olan ilk mənbələrin ölkəyə gətirilməsi və tərcümə olunması, Azərbaycan tarixinə dair mühüm əsərlərin Alman dilinə tərcümə edilməsi, Azərbaycan-Almaniya qarşılıqlı əlaqələri tarixinin birgə araşdırılması, Azərbaycan-Almaniya qarşılıqlı əlaqələrinə dair birgə elmi konfransın keçirilməsi, Azərbaycanın gənc tarixçilərin Humboldt Fonduna namizədliklərinin irəli sürülməsi həyata keçiriləcək.

Almaniyada saxlanılan ilk mənbələrin öyrənilməsi və ölkəyə gətirilməsi layihəsi çərçivəsində yaxın günlərdə bir qrup tarixçinin Almaniyaya ezam edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR