Azərbaycanda bir manata görə vətəndaşın qulağını kəsən şəxslərdən birinə 14, digərinə isə 12 il iş verilib

Azərbaycanda bir manata görə vətəndaşın qulağını kəsən şəxslərdən birinə 14, digərinə isə 12 il iş verilib
# 11 aprel 2012 13:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Yusif Nuriyev 14 il, Emil Əliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda təqsirləndirilən şəxslər İsmayıllı sakini 1965-ci il təvəllüdlü Qəribov Nəsrəddin Seyfəddin oğlunun yolunu kəsərək pul tələb ediblər. N. Qəribova 9 bıçaq xəsarəti yetirən Y. Nuriyev və E. Əliyev onun cibində olan 1 manatı götürdükdən sonra zərərçəkmiş şəxsin qulaqlarını kəsiblər. Hadisədən sonra bir neçə saat huşsuz halda qalan N. Qəribovu ərazidən keçən şəxslər polis bölməsinə, daha sonra isə xəstəxanaya çatdırıblar. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Y. Nuriyev və E. Əliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR