“Azərenerji” ASC-nin əməkdaşı elektrik dirəyindən yıxılaraq ölüb

“Azərenerji” ASC-nin əməkdaşı elektrik dirəyindən yıxılaraq ölüb
# 10 aprel 2012 15:04 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. “Azərenerji” ASC-nin əməkdaşı elektrik dirəyindən yıxılaraq ölüb. Bu baradə APA-nın Şəki-Zaqatala bürosuna Təcilli Təxirəsalınmaz Tibbi Yardım (TTY) mərkəzinin Şəki regional məntəqəsindən məlumat verilib. Hadisə bu gün saat 14.20 radələrində Şəki rayonu, Vərəzət kəndi ərazisində baş verib. 1964-cü il təvəllüdlü, Şəki rayonu Köbər Zəyzid kənd sakini Mustavayev Cəfər Abid oğlu Vərəzət kəndi ərazisində elektirik dirəyinə çıxaraq təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. İlkin araşdırma zamanı məlum olub ki, C. Mustafayev Şəki Paylayıcı Elektirik Şəbəkəsinin (ŞPEŞ) işçisidir. O, təmir işləri aparan zaman təhlükəsizlik kəmərindən istifadə etməyib. Fakla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR