Boks üzrə dünya çempionatlarının keçiriləcəyi şəhərlər bəlli olub

Boks üzrə dünya çempionatlarının keçiriləcəyi şəhərlər bəlli olub
# 10 iyul 2012 07:54 (UTC +04:00)
Bakı-APA. AİBA İcraiyyə Komitəsinin Tailandda keçirilən toplantısında boks üzrə növbəti dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adlarına aydınlıq gəlib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2013-cü ildə boks üzrə yeniyetmələr arasında dünya birinciliyi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Bu, Ukrayna Boks Federasiyasının AİBA bayrağı altında keçirəcəyi ilk dünya çempionatı olacaq. 2014-cü ildə gənclər arasında dünya birinciliyi isə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq.

Qeyd edək ki, bu il Sofiyada yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Kanada isə 2014-cü ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək. Yarışı qəbul edəcək şəhər Monreal, Vankuver, Kalqari, Toronto və yaxud Kvebekdən biri olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR