FİFA Qətərdəki dünya çempionatının oyunlarını gecələr keçirməyi təklif edir

FİFA Qətərdəki dünya çempionatının oyunlarını gecələr keçirməyi təklif edir
# 07 iyul 2012 10:36 (UTC +04:00)
Bakı – APA. FİFA 2022-ci il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı müxtəlif variantları nəzərdən keçirir. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun vitse-prezidenti Cim Boys oyunları gecələr keçirməyi təklif edib. Bu da onunla bağlıdır ki, Qətərdə final mərhələsinin oyunlarının keçirildiyi gündüzlər dəhşətli isti olur. Boys gecələr oynamaq variantına baxmağı lazım bilir.

Qeyd edək ki, bunadək Qətərdəki dünya çempionatı ilə bağlı oyunların qışda keçirilməyi çox futbol mütəxəssisləri tərəfindən təklif olunmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR