Azərbaycan ərazisində hava sabit olacaq

Azərbaycan ərazisində hava sabit olacaq
# 08 may 2012 08:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, zəif cənub-şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 9-da əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR