Sumqayıt şəhərinin sabiq hərbi komissarı və komissarlığın digər vəzifələri şəxslərinin məhkəməsi başlayıb

Sumqayıt şəhərinin sabiq hərbi komissarı və komissarlığın digər vəzifələri şəxslərinin məhkəməsi başlayıb
# 16 fevral 2012 11:02 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Samir Məmmədovun vəkili Azər Quliyev məhkəmə prosesinin cinayət işinin materiallarında müəyyən statistik rəqəmlər olduğunu nəzərə alaraq, qapalı keçirilməsi, onun barəsində cinayət təqibinə xitam verilməsi və bu vəsatət təmin olunmadığı təqdirdə barəsindəki həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib.

Dövlət ittihamçısı Azər Qasımov isə əsassız olduğu üçün həmin vəsatətlərin təmin olunmamasını istəyib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim Həbib Həsənov həmin vəsatətlərin əsassız olduğu üçün təmin olunmadığını bildirib.

Məhkəmənin baxış iclası isə fevralın 27-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirli bilinirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR