Şəki və Balakəndə yanğın baş verib

Şəki və Balakəndə yanğın baş verib
# 04 may 2012 08:06 (UTC +04:00)
Şəki-Balakən. Vüqar Heydərov - APA. Şəki və Balakən rayonlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, Şəki şəhərinin Vidadi küçəsində Əzizov Mirəli Şirəli oğluna məxsus ümumi sahəsi 9kv/m olan qarışıq mallar mağazasında yanğın baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanaraq yararsız hala düşüb. M. Əzizova dəymiş maddi ziyan araşdırmalar aparıldıqdan sonra müəyyən ediləcək.

Balakən şəhərindəki Nizami adına orta məktəbin həyətyanı sahəsində də yanğın olub. Həyətdə 2 küknar ağacı yanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR