Moskvada müxalifətin icazəsiz aksiya cəhdinin qarşısı alınıb

Moskvada müxalifətin icazəsiz aksiya cəhdinin qarşısı alınıb
# 05 mart 2012 22:08 (UTC +04:00)
Bakı-APA. Moskva polisi şəhərin mərkəzində icazəsiz aksiya keçirmək istəyən ümumilikdə təxminən 250 şəxsi saxlayıb. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya daxili işlər nazirliyinin Moskva üzrə Baş idarəsi məlumat yayıb.

«Ümumilikdə təxminən 250 nəfər, o cümlədən İlya Yaşin, Aleksey Navalnıy və Sergey Udalsov saxlanıblar. Bütün saxlanılanlar polis məntəqələrinə çatdırılıblar», deyə məlumatda bildirilir.

Xatırladaq ki, Moskvanın Puşkin meydanında martın 5-də axşam saatlarında müxalifətin «Ədalətli seçkilər uğrunda» icazəli mitinqi başa çatıb. Lakin mitinq başa çatdıqdan sonra bir qrup aksiya iştirakçısı polisin dağılışmaq barədə çağırışına baxmayaraq meydanda qalıb. Dəfələrlə edilmiş xəbərdarlıqdan sonra polis fəal iştirakçıları həbs edərək digərlərin meydandan kənara sıxışdırmağa başlayıb.

Daha sonra müxalifətçilər Tverskoy küçəsilə yürüş etməyə cəhd ediblər və polisin müdaxiləsindən sonra dağılışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR