Salehi: “İran, Azərbaycan, Türkiyə - üç bədəndə bir ruhdur”

Salehi: “İran, Azərbaycan, Türkiyə -  üç bədəndə bir ruhdur”
# 07 mart 2012 12:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

«Bu cür görüşlər hər üç dövlət üçün önəmlidir», - deyə nazir vurğulayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə qeyd edib ki, üçlü toplantı regional əlaqələrə müsbət təsir göstərir. Nazirin sözlərinə görə, növbəti aylarda 4 alt komitə toplanacaq.

«Türkiyə, Azərbaycan və İran artıq regional əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Vanda nazirlərin toplantısı ilə yanaşı, ayrıca üç ölkədən iş adamlarının iştirakı ilə toplantı keçiriləsi planlaşdırılır. Burada gömrük prosedurlarına da baxılacaq», - deyə Ə. Davudoğlu bildirib.

Nazir qeyd edib ki, tərəflər Qafqazdakı münaqişələrin tezliklə həllini tapacağına ümid edir.

Əli Əkbər Salehi qeyd edib ki, üç ölkənin tarixi bağları var: «Biz üç dövlət üç bədəndə bir ruhuq. Təbii ki, bu da hər üç ölkə arasındakı razılaşmalarda əksini tapır. Biz mütəmadi qaydada məsləhətləşmələrimizi davam etdiririk».

Nazir qeyd edib ki, hər üç ölkənin ümumilikdə 170 milyondan artıq əhalisi var və birgə böyük bazar yarada bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR