Milli Depozit Mərkəzi yeni xidmət müqavilələri bağlayıb

Milli Depozit Mərkəzi yeni xidmət müqavilələri bağlayıb
# 07 mart 2012 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında bağlanmış müqavilələrə əsasən, Milli Depozit Mərkəzi (MDM) göstərdiyi depozitar və reyestrin aparılması xidmətləri üzrə şirkətlərin sayını artırıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, fevral ayında bağlanmış müqavilələrə əsasən, MDM «Neftçala Tikinti Quraşdırma» ASC-yə, «Beyləqan Dəmir Beton» ASC-yə, «Gəncə Sənaye Tikinti» ASC-yə, «Zəyəm Sənaye İstehsal» ASC-yə, «Mehmanxana Şərq» ASC-yə, «Ağstafa Taxıl» ASC-yə və «Bakıtikintisənayedəstləşdirmə» ASC-yə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsinə başlayıb.

«Bank BTB» ASC ilə isə MDM yalnız reyestrin aparılması xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR