Bakı sakinlərindən xeyli miqdarda narkotik götürülüb

Bakı sakinlərindən xeyli miqdarda narkotik götürülüb
# 12 mart 2012 07:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Qorxmaz Ziyadovdan 10 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilib.

Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Babayevdən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR