Ötən ay Azərbaycan ərazilərində aparılan əməliyyatlar zamanı 153 partlamamış hərbi sursat və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazilərində aparılan əməliyyatlar zamanı 153 partlamamış hərbi sursat və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
# 09 mart 2012 10:38 (UTC +04:00)
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Əməliyyatlar zamanı 153 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ötən ay ölkə ərazisində mina/PHS hadisəsi qeydə alınmayıb.

ANAMA-nın həyata keçirdiyi əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

Agentlik tərəfindən indiyədək cəmi 185850161 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 665354 olub.

Qeyd edək ki, ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Göygöl, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR