Dəməşqdə baş verən partlayışda 6 nəfər həlak olub

Dəməşqdə baş verən partlayışda 6 nəfər həlak olub
# 24 oktyabr 2012 18:47 (UTC +04:00)
Bakı-APA. Suriyanın paytaxtı Dəməşqin cənubunda güclü partlayış baş verib. Nəticədə 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

«Terrorçular Daf əş-Şukədə minalanmış avtomobili partladıblar. Nəticədə 6 nəfər həlak olub», deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR