Sabirabadın Minbaşı kəndinin bir qrup sakini aksiya keçirib
03 aprel 2012 14:56 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 16.00 radələrində Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakini Kür daşqınları zamanı zərər çəkənlərə münasibətdə yerli strukturların tutduğu mövqeyə etiraz etdiklərini bildiriblər.
Kənd sakinləri bir müddət magistral yolda avtomobillərin hərəkətinə mane olmaq istəyiblər.
Onlar Minbaşı kənd icra nümayəndəsi Bəybala İsgəndərov, onun müavini Qədir Əliyev və kənd bələdiyyəsinin sədri Rufulla Qocayevdən narazı olduqlarını qeyd ediblər. Kənd sakinlərinin sözlərinə görə, bu şəxslər daşqınlardan zərər çəkənlərə ayrılan kompensasiyanın bölüşdürülməsi, həmçinin qəzalı evlərlə bağlı müvafiq komissiyaya məlumat verilməsi ilə bağlı ədalətsizliyə yol veriblər.
Minbaşı kənd icra nümayəndəsi Bəylər İsgəndərov isə APA-ya bildirib ki, aksiyada iştirak edənlər evləri normal vəziyyətdə olan sakinlərdir və onlar vəsait almadıqları üçün narazılıq edirlər: “Həmin insanlar yenidən komissiyanın onların evlərinə baxmasını, əlavə olaraq prezidentin ayırdığı 50 milyon vəsaitdən onlara da verilməsini istəyirlər. Avqust ayında dövlət komissiyası 215 evə baxıb, 51 evə təmir və bərpa rəyi verilib. Qalanlarının isə normal vəziyyətdə olduğu açıqlanıb”.

Sosial
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT
22:42
7 may 2024
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
19:28
7 may 2024
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024