Azərbaycanda doktoranturaya qəbul imtahanlarının günləri təyin edilib

Azərbaycanda doktoranturaya qəbul imtahanlarının günləri təyin edilib
# 10 oktyabr 2012 11:46 (UTC +04:00)
AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyevin APA-ya verdiyi məlumata görə, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları oktyabrın 15-dən noyabrın 7-dək keçiriləcək.

İlk imtahan ixtisas fənnindən oktyabrın 15-dən 21-dək olacaq. İkinci imtahan fəlsəfədən oktyabrın 22-dən 29-dək keçiriləcək. Son imtahan xarici dildən olacaq.

V. Fərzəliyev deyib ki, ixtisas fənnindən aşağı qiymət alanlar sonrakı imtahanlara buraxılmayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR