İraqda baş verən partlayışlarda 9 nəfər həlak olub, 7 nəfər isə yaralanıb

İraqda baş verən partlayışlarda 9 nəfər həlak olub, 7 nəfər isə yaralanıb
# 25 oktyabr 2012 02:56 (UTC +04:00)
Бакы-АПА. İraq təhlükəsizlik qüvvələrinin məlumatına görə, Bağdadın şimalındakı əl-Meşəhid bölgəsində məmurları daşıyan avtobusa edilən silahlı hücumda 7 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Bağdadın şimalındakı əl-Azmiyyə bölgəsindəki ət-Talia teatrının yaxınlığında içində partlayıcı yerləşdirilmiş avtomobilin partladılması nəticəsində isə 3 nəfər yaralanıb.

İraq maliyyə naziri Rafi əl-İsevinin atasının Fellucadakı evinin qarşısında baş verən partlayışda 2 mühafizəçi həlak olub, 3 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR