Müsavat Partiyası Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib

Müsavat Partiyası Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib
# 04 aprel 2012 13:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyası VIII qurultayının keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Müsavat başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, müraciətdə partiyanın Opera və Balet Teatrında qurultay keçirməsi üçün şərait yaradılması xahiş olunub.

G. Aslanlı bildirib ki, Müsavatın Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməsinə səbəb bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin partiyaya göndərdiyi cavab məktubu olub.

Qeyd edək ki, Müsavat Partiyası qurultaya yer ayrılması üçün bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Bakı İdman-Konsert Kompleksinin ayrılması istənilib. Paytaxt meriyası isə müraciətə rədd cavabı verib. Bundan sonra Müsavat Partiyası qurultayı qeyri-müəyyən vaxta təxirə salıb.

Sonradan partiya qurultayını Opera və Balet Teatrında keçirmək niyyətini açıqlayıb. Paytaxt meriyası partiyanın bu müraciətini də müsbət cavablandırmayıb və teatrın Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR