Azərbaycan klublarının Avroliqada ilk oyunlarını idarə edəcək hakimlər məlum olub
28 iyun 2012 14:09 (UTC +04:00)
Bakı-APA. Avroliqada I təsnifat mərhələsində oynayacaq Azərbaycan klublarının iyulun 5-də ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnter”in Estoniyanın “Trans” klubu ilə səfər matçı belçikalı Aleksandr Boukata tapşırılıb. “Bakı”nın Sloveniyanın “Mura” klubu ilə ev oyununda da baş hakim mərkəzi Avropadan olacaq. Bu, ukraynalı Sergey Dankovskidir.
“Xəzər Lənkəran”ın isə Estoniyanın “Nomme Kalyu” klubu ilə hər oyununun baş hakimi müəyyənləşib. Lənkərandakı oyunda sloveniyalı Mitya Ziqaneç, iyulun 10-da Tallinin “Kadriorq” stadionunda keçiriləcək cavab matçında norveçli Daq Vidar Hafsas hakimlik edəcək.
“İnter”lə “Bakı”nın iyulun 12-də təkrar oyunlarını idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb.

Futbol
2025/2026 mövsümündə Çempionlar Liqasının finalına Budapeşt ev sahibliyi edəcək
16:34
22 may 2024
2026-cı ildə UEFA Avropa Liqası, 2027-ci ildə isə Konfrans Liqasının finalı İstanbulda keçiriləcək
16:20
22 may 2024
Türkiyə kubokunun finalının baş hakimi bəlli olub
15:02
22 may 2024
Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı açıqlanıb
11:45
22 may 2024