«Parabank» keçirdiyi hədiyyə kampaniyasının vaxtını uzadıb

«Parabank» keçirdiyi hədiyyə kampaniyasının vaxtını uzadıb
# 27 mart 2012 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC təcili pulköçürmə üzrə keçirdiyi hədiyyə kampaniyasının müddətini uzadıb.
Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində bankın «Western Union», «Contast», «Bıstraya Poçta», «Caspian Money Transfer», «Blizko» və digər təcili pul köçürmə sistemləri vasitəsilə pul göndərən və ya alan müştərilər mobil rabitə danışıq (kontur) kartları və ya «Parabank»ın plastik kartlarını əldə edəcəklər.
Aksiyanın şərtlərinə əsasən, 200 manat, dollar, avro və ya 6 min rubldan 1000 manat, dollar, avro və ya və 30 min rubl məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə operatorunun 1 manatlıq, 1001 manat, dollar, avro və ya 30 001 rubldan 2 000 manat, dollar, avro və ya 60 min rubla qədər 2 manatlıq kontur kartı, 2001 manat, dollar, avro və ya 60 001 rubldan 3 000 manat, dollar avro və ya 90 min rubla qədər 3 manatlıq danışıq konturu hədiyyə veriləcək.
Həmçinin 3 000 manat, dollar, avro və ya 90 min rubldan çox pul göndərən və ya alan şəxslər «Visa Electron» kartı və ya «Visa Elektron» kartı istəmədiyi halda 5 manatlıq kontur hədiyyə alacaq.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR