Bu il Azərbaycanın 40-dək bölgəsində arxeoloji qazıntılar aparılacaq

Bu il Azərbaycanın 40-dək bölgəsində arxeoloji qazıntılar aparılacaq
# 19 aprel 2012 14:53 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, arxeoloji qazıntılara may-iyun aylarında başlanacaq və bu proses payıza, yağışlar başlayana qədər davam edəcək. Qazıntılar ölkənin bütün bölgələrini əhatə edəcək.

N. Müseyibli bildirib ki, bu ildən Gəncə-Qazax, Qarabağ və Naxçıvanda yerləşən arxeoloji abidələrin elektron xəritələşdirilməsinə başlanılıb. Bu proses mərhələ-mərhələ digər bölgələrdə olan arxeoloji abidələri də əhatə edəcək. Qeyd edək ki, hazırda ölkə üzrə qeydiyyatda olan arxeoloji abidələrin sayı 2000-dən artıqdır. Onlardan 40-dan artıq abidə dünya əhəmiyyətlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR