Azərbaycanda hava şəraiti ilə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb - YENİLƏNİB

Azərbaycanda hava şəraiti ilə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb - <font color=red>YENİLƏNİB </font>
# 10 fevral 2012 08:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazir Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb: “Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər”.

F. Ələkbərov, daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin “Etimad telefonu”na zəng edib, məlumat vermələrini xahiş edib.

Nazir deyib ki, sığınacaqlar Bakıda əhalinin sıx məskunlaşdığı yerlərdə - Binə və Sədərək Ticarət Mərkəzlərinin, “8-ci kilometr bazarı”nın, Dəmir Yolu Vağzalının yerləşdiyi ərazilərdə yaradılıb. F. Ələkbərov deyib ki, zərurət yaranarsa, sığınacaqların sayı artırılacaq. Sığınacaqda yerləşdirilənlərə tibbi xidmət də göstəriləcək.

Qeyd olunub ki, bu gün saat 15.00-da F. Ələkbərov sığınacaqlara baş çəkəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR