Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edib
# 26 iyul 2012 10:44 (UTC +04:00)
Bakı-APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında “Qara dəniz regionu 20 il ərzində” mövzusunda esse müsabiqəsi elan edib. APA-nın məlumatına görə, esselər 1 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikası üzrə müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqə komissiyasına Azərbaycan Parlamentinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev sədrlik edəcək.
Müsabiqənin Azərbaycan üzrə qalibi 2013-cü ildə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yubiley mərasimlərində iştirak etmək hüququ qazanacaq. BQaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və “Letters from the Black Sea” (BSUN) Beynəlxalq jurnalda çap olunacaq. Tələbələr tərəfindən yazılmış esselər iki nüsxədə (elektron variantı ilə birlikdə) 1 dekabr 2012-ci il tarixə qədər Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyalı üzrə prorektorluğa təqdim olunmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR