Fransanın “Eurovision” təmsilçisi: “Məni Azərbaycanla birləşdirən bir çox cəhət var” - FOTO

Fransanın “Eurovision” təmsilçisi: “Məni Azərbaycanla birləşdirən bir çox cəhət var” - <font color=red>FOTO</font>
# 09 fevral 2012 11:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012”nin keçiriləcəyi “Bakı Kristal Zal”ın fotolarına baxdım və super bir məkanda çıxış edəcəyimizə çox sevindim. Azərbaycan özünün kökləri, xüsusi ornamentləri, adət-ənənələri, qədim tarixi, mədəniyyəti olan ölkələrdəndir. Mən İndoneziyada doğulmuşam və müsəlmanam, amma Fransada yaşayıram, bu ölkənin vətəndaşıyam. Belə deyək, Şərqlə Qərbin qarışığıyam. Azərbaycan da Şərqlə Qərbin qovşağı olan ölkədir. Bizi birləşdirən bu cür çox oxşar cəhət var”. APA-nın məlumatına görə, bu sözləri Fransanın “Eurovision-2012” müsabiqəsindəki təmsilçisi Anggun “Eurovision.az”a müsahibəsində deyib. O, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə sevindiyini söyləyib: “Keçənilki qaliblər Eldar və Nigarın çalışdığı isveçli prodüserlə mən də işləmişəm və bu da bizi birləşdirən digər bir məqamdır. Azərbaycan çox maraqlı ölkədir. Sevinirəm ki, on gündən çox müddətdə Azərbaycanla tanışlıq imkanım olacaq və bu on gün ərzində ölkəni, paytaxt Bakını yaxından tanıyacağam”.

Bakı səhnəsində həm fransız, həm də ingilis dilində oxuyacağı mahnı haqda fikir bildirən Anggun “Echo (You and İ)” mahnının ürəyəyatımlı olduğunu düşünür: “Fransa “Eurovision”da əsasən ballada və lirik mahnılarla çıxış edib. Mən isə fərqli üslubda mahnıya üstünlük verdim. Bu baxımdan ürəyə daha yaxın bir musiqi olmasını istədim. Elə mahnının iki dildə - həm ingilis, həm də fransızca olmasının səbəbi də bu fikrimi həyata keçirməkdən irəli gəlir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR